Ana Sayfa > Karusel / İdman > Tokio-2020: Cüdoçularımız Yaponiyada məşqə çıxdı
Tokio-2020: Cüdoçularımız Yaponiyada məşqə çıxdı21-07-2021, 16:27. Yazar: Admin |
Cüdo üzrə Azərbaycan millisi Yay Olimpiya Oyunları üçün Tokioda məşqə çıxıb. Qarabaginfo.az xəbər verir kl, hazırlıq prosesi cüdonun mənbəyi hesab edilən Kodakanda baş tutub. Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da komandanın məşqini izləyib. Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında bu idman növü üzrə yarışlara iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunacaq. Püşkatma mərasimi iyulun 22-də Bakı vaxtı ilə saat 09:00-da keçiriləcək. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 24-dən 31-dək gerçəkləşəcək. Tokio-2020-nin açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq. Geri dön |