Ana Sayfa > Karusel / Region > Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq

Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq


21-07-2021, 16:17. Yazar: Admin

 

Ermənistan hərbçiləri Gürcüstanda NATO-nun təliminə qatılmayacaq

Ermənistan ordusunun hərbçiləri Gürcüstanda NATO-nun iştirakı ilə iyulun 26-dan avqustun 6-dək keçiriləcək Agile Spirit 2021 (Çevik ruh) beynəlxalq hərbi təliminə qatılmayacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

NATO-nun mətbuat xidmətinin yaydığı xəbərə görə, təlimdə Gürcüstan və ABŞ-dan başqa, NATO üzvü və tərəfdaşı olan 13 ölkədən, o cümlədən Türkiyə və Azərbaycandan hərbçilərinin iştirakının nəzərdə tutulduğunu açıqlayıb.

Bildirilib ki, əvvəllər Ermənistan hərbçiləri Gürcüstanda keçirilmiş NATO təlimində dəfələrlə iştirak ediblər, lakin son illər bu praktika başa çatıb. (Apa))


Geri dön