Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək
Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək21-07-2021, 14:13. Yazar: Admin |
Gürcüstanda beynəlxalq “Agile Spirit 2021” (“Çevik ruh”) hərbi təlimləri keçiriləcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib. “Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”, - deyə məlumatda bildirilir. Təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək. İyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək. Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.(Yenisabah.az) Geri dön |