Ana Sayfa > Karusel / İnfrastruktur > Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il mənfəət əldə etməyib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il mənfəət əldə etməyib


21-07-2021, 13:00. Yazar: Admin

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ötən il mənfəət əldə etməyib

2020-ci ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 1 105,65 milyon manat gəlir əldə edib.

Qarabaginfo.az quruma istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 1,8 % çoxdur.

Ötən il qurumun xərcləri də əvvəlki illə müqayisədə 1,8 % artaraq 1 105,65 milyon manat təşkil edib.

Son nəticədə agentlik ötən il mənfəət əldə etməyib. Halbuki qurum 2019-cu ildə 1 230 manat mənfəətlə çıxmışdı.


Geri dön