Ana Sayfa > Karusel / Region > Türkiyənin pilotsuz qırıcısı: "Baykar" konseptual dizayn görüntülərini yaydı

Türkiyənin pilotsuz qırıcısı: "Baykar" konseptual dizayn görüntülərini yaydı


20-07-2021, 16:16. Yazar: Admin

"Pilotsuz hücum təyyarə sistemi layihəmizin konseptual dizayn görüntülərini ilk dəfə paylaşırıq". Bu barədə Türkiyənin aerokosmik sənaye şirkəti olan "Baykar"ın rəsmi Facebook hesabında paylaşım edilib.

Qeyd edək ki, Türkiyənin arsenalına qatacağı müasir texnologiyalı aerokosmik təyyarə, silah-sursat və avadanlıqları Milli Texnologiya Həmləsi proqramı çərçivəsində hazırlanmaqdadır. 

Türkiyə hazırda pilotsuz uçan aparatlar, o cümlədən silahlı PUA-lar sahəsində dünya liderlərindən birinə çevrilib. "Baykar" şirkətinin "Bayraktar TB2" döyüş təyyarəsi Qarabağdakı 44 günlük müharibənin gedişatına ciddi təsir etdikdən sonra sürətlə populyarlaşıb və sifarişçiləri kəskin artıb.

Virtualaz.org


Geri dön