Ana Sayfa > Karusel / Sosial > Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub


20-07-2021, 11:10. Yazar: Admin

 

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub

Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Qarabaginfo.az-a yerli bürosuna verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, kənd sakini Firuz Məmmədov 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.


Geri dön