Ana Sayfa > Karusel / Hadisə > Baş Prokurorluq Qubada sabiq prokurorun oğlunun narkotik satması ilə bağlı xəbəri təkzib edib

Baş Prokurorluq Qubada sabiq prokurorun oğlunun narkotik satması ilə bağlı xəbəri təkzib edib


19-07-2021, 14:31. Yazar: Admin

Baş Prokurorluq vətəndaşlara müraciət etdi » Azərbaycanın xəbər portalı - NEWS24.AZ

Bəzi kütləvi informasiya vasitələrində Quba rayonunun keçmiş prokuroru Rafiq Abbasovun oğlunun narkotik vasitələrin satışını həyata keçirən zaman saxlanılarkən polis əməkdaşlarına müqavimət göstərib hadisə yerindən qaçması barədə məlumatlar dərc edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Qarabaqinfo.az-a verilən məlumata görə, Quba rayon prokurorluğunda Rafiq Abbasov adlı şəxs prokuror və ya hər-hansı digər vəzifədə işləməyib.

"Bu cür dəqiqləşdirilməmiş məlumatların yayılmasını təəssüf hissi ilə qeyd etməklə, gələcəkdə qeyri-dəqiq informasiyanın ictimailəşdirilməsinin yol verilməzliyi kütləvi informasiya vasitələrinin diqqətinə çatdırılır", - mətbuat xidmətindən bildirilib.

Geri dön