Ana Sayfa > Karusel / Qarabağ > Qarabağdakı bütün ermənilərin qazı kəsildi...

Qarabağdakı bütün ermənilərin qazı kəsildi...


19-07-2021, 12:50. Yazar: Admin
Qarabağdakı bütün ermənilərin qazı kəsildi...
Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Rusiya hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu rejimin nəzarətində qalan hissəsində iki gün qaz olmayacaq. 
Qarabaginfo.az xəbər verir ki, erməni nəşrləri bu haqda Xankəndindəki qanunsuz "Artsaxqaz" “qapalı səhmdar cəmiyyəti”nin  “Facebook” səhifəsinə istinadla məlumat yayıb. 
“19 iyul saat 10: 00-dan 20 iyul 18: 00-dək Artsaxın bütün ərazisində qaz verilişi dayandırılacaq. Bunun səbəbi müharibə zamanı zədələnmiş yüksək təzyiqli qaz kəmərində təcili bərpa işlərinin aparılmasıdır"- məlumatda belə deyilir.(Moderator.az)
 

Geri dön