Ana Sayfa > Karusel / Multimedia > .Azərbaycanda hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı

.Azərbaycanda hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı


17-07-2021, 17:21. Yazar: Admin
Azərbaycanda hərbçilər qəzaya düşdü - 15 nəfər yaralandı

Göygöl rayonunda baş verən yol qəzasının səbəbi məlum olub.

Qarabaginfo.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Modern.az-a açıqlamasında bildirib ki, hadisə bu gün günorta saatlarında rayonun Aşıqlı kəndində baş verib. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarına məxsus “Ural” markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəticədə avtomobil aşıb:

"Hadisə nəticəsində 15 nəfər hərbi qulluqçu müxtəlif növ xəsarətlər alıb. Onlardan 12-nin xəsarətləri yüngül olduğundan yerindəcə tibbi yardım göstərilib. Digər 3 nəfər orta-ağır vəziyyətdə olduğundan hospitala yerləşdirilib. Faktla bağlı araşdırma aparılır".


Geri dön