Futbol qaydalarında dəyişikliklər sınaqdan keçirilir.
Qarabaqinfo.az saytının məlumatına görə, FİFA-nın keçirdiyi bu testlər U-19-lar arasında “Future of Football Cup” turnirində sınanır.
Qayda dəyişikliyindən ən önəmlisi vaxtla bağlıdır. Turnirin oyunları 45 dəqiqəlik iki hissədə deyil, təmiz 30 dəqiqədən ibarət hissələrdən ibarətdir. Burada oyun dayanan zaman vaxt saxlanılır.
Bundan başqa, oyunçu dəyişiklikləri limitsiz həyata keçirilir. Autun əllə deyil, ayaqla meydana daxil edilməsi də sınanır. Sarı vərəqə alan futbolçular 5 dəqiqəlik meydandan kənarlaşdırılır.
Turnirdən sonra FİFA sınaqların nəticələrinə əsasən qiymətləndirmə aparacaq. Sonradan bunun peşəkar səviyyədə həyata keçirilə biləcəyi nəzərdən keçiriləcək.