Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakı metrosu yeni qatarlar alıb

Bakı metrosu yeni qatarlar alıb


16-07-2021, 16:24. Yazar: Admin

Yeni qatarlar istifadəyə verildi - FOTOLAR - son xeberler

Rusiyanın "Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin Bakı metropoliteni üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi Bakıya çatdırılıb.

Bunu "Qarabaginfo.az"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qatarların 2-si depoda ikisi isə Keşlə qəsəbəsindədir. Qatarlar depoya çatdırıldıqdan sonra təxminən iki həftə ərzində sazlama, tənzimləmə və sınaq işləri aparılacaq və sonra istismara veriləcək.

Beləliklə, metropoliteninin yeni qatarların sayı 19-a çatdırılacaq. İstismar müddəti başa çatan qatarlar isə silinərək utilizasiya olunacaq.

Xatırladaq ki, hazırda "Bakı Metropoliteni"ndə 280 qatar mövcuddur.


Geri dön