Ana Sayfa > Karusel / Hadisə > FHN: Ötən sutkada 52 yanğına çıxış olub, 2 nəfər xilas edilib  

FHN: Ötən sutkada 52 yanğına çıxış olub, 2 nəfər xilas edilib  


16-07-2021, 12:16. Yazar: Admin

 

 

FHN: Ötən sutka ərzində baş verən hadisələr zamanı 7 nəfər xilas edilib - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Qarabaqiinfo.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib

Ümumilikdə, ötən sutka ərzində 2 nəfər xilas edilib. Həmçinin, Binəqədi rayonunda 1 nəfərin meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. APA

Geri dön