Ana Sayfa > Karusel / Multimedia > Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə geri dönüb

Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə geri dönüb


15-07-2021, 17:46. Yazar: Admin

 

Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazi sağalaraq Vətənə geri dönüb.

Bu barədə Qarabaqinfo.az-a Fonddan məlumat verilib.

Sağalaraq Vətənə geri dönən qazilər aşağıdakılardır:

1. Məmmədov Cəfərsadiq Zeydulla oğlu

2. Rəcəbli Rza İsmayıl oğlu

3. Kərimov Röyal Şəhadət oğlu

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

"YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazinin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.


Geri dön