Ana Sayfa > Karusel / Sosial > Baş infeksionist: “Vaksinin 3-cü dozasının vurulması məcburiyyət deyil, həssas qruplara tövsiyədir”
Baş infeksionist: “Vaksinin 3-cü dozasının vurulması məcburiyyət deyil, həssas qruplara tövsiyədir”15-07-2021, 15:42. Yazar: Admin |
Koronavirus keçirmiş şəxs 6 ay tamamında icazə verilmiş vaksin vururmaqla “İmmun serifikatı”nı müddətsiz edə bilər”. Qarabaqinfo.az--nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov "İmmunitet və Peyvənd sertifikatı " mövzusunda çıxışında deyib. O bildirib ki, 3-cü doza mövcud immuniteti bir qədər də gücləndirir: “Müşahidələr göstərir ki, iki doza vaksin vurduranlarda müəyyən müddət sonra təsir zəifləyə bilir: “Bəzilərində bu, 6 ay və daha çox çəkə bilər. Xroniki xəstəliyi olanların digər insanlara nisbətən immuniteti zəifdir, daha qısa müddətdə vaksindən sonra təsir keçir. 60 yaş üzərində xroniki xəstəlikləri olanlarda immunuitet zəifdir, onlar təkrar yoluxduqları halda ağır keçirə bilərlər. Ona görə 3-cü dozanın vurulması tövsiyə olunur. Bu məcburiyyət deyil, sadəcə həssas qruplara tövsiyədir. Bundan asılı olmayaraq, “Vaksin sertifikatı”nın müddətsizliyi dəyişmir”. Geri dön |