Ana Sayfa > Karusel / İdman > Bakıda "Formula-1"lə bağlı iki xəstəxana ayrılıb

Bakıda "Formula-1"lə bağlı iki xəstəxana ayrılıb


20-04-2018, 16:36. Yazar: Admin

 

bakida formula 1 le bagli iki xestexana ayrilib

Səhiyyə naziri Oqtay Şirəliyev 27 – 29 apreldə “Formula-1 Azərbaycan Qran Prisi”ndə tədbirin iştirakçılarına və qonaqlara tibbi yardımı təmin etmək məqsədilə əmr imzalayıb.

 

Qarabaginfo xəbər verir ki, nazirlikdən "Apa.az"a məlumata görə, əmrə əsasən, ehtiyac olduğu halda idmançıların və qonaqların hospitalizasiyası Mərkəzi Neftçilər Xəstəxanasında və Bakı şəhər Kliniki Tibbi Mərkəzdə təşkil ediləcək.

 

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə nümayəndə heyətləri üçün ayrılmış mehmanxanalarda və iaşə müəssisələrində sanitariya-gigiyena qaydalarına əməl olunması ciddi nəzarət etmək tapşırılıb


Geri dön