Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan əmtəəlik qaz istehsalını 9% artırıb
Azərbaycan əmtəəlik qaz istehsalını 9% artırıb15-07-2021, 10:55. Yazar: Admin |
Cari ilin birinci yarısında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 14,5 milyard manat olmaqla, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən 3,7% azalıb. Dövlət Statistika Komitəsindən Qarabaqinfo.az-a verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 17,1 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 15 mlnr. kub metr təşkil etmişdir. Məlumata görə, hesabat dövründə əmtəəlik neft hasilatı 3,7% azalıb, əmtəəlik qaz hasilatı isə 8,8 faiz artıb. Qeyd etmək lazımdır ki, bu ilin yanvar-iyun aylarında ölkədə 17,2 mln tona yaxın neft (4% azalma) və 20,4 mlrd. kubmetrə yaxin qaz (5,1% artım) hasil edilib. Geri dön |