Ana Sayfa > Karusel / Qarabağ > Qarabağda 2 erməni hərbçisi itkin düşdü: Axtarışla bağlı Azərbaycandan kömək istənildi

Qarabağda 2 erməni hərbçisi itkin düşdü: Axtarışla bağlı Azərbaycandan kömək istənildi


14-07-2021, 17:23. Yazar: Admin
Qarabağda 2 erməni hərbçisi itkin düşdü: Axtarışla bağlı Azərbaycandan kömək istənildi

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda 2 hərbçinin itkin düşdüyünü bildirib.

Qarabaginfo.az “Armenian News”a istinadla xəbər verir ki, iyulun 14-də sübh vaxtı maşınla hərəkət edən Artur Nalbandyan və Aramais Torozyan (sürücü) ilə əlaqə itib.

Bununla bağlı hələ nəticə verməyən axtarış-xilasetmə əməliyyatları başlayıb.

Rusiya tərəfinin vasitəçiliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri ilə Torozyan və Nalbandyanın Azərbaycan ərazisində görünməsi ehtimalı müzakirə edilir.

Hər iki hərbçinin silahsız olduğu qeyd edilib.


Geri dön