Ana Sayfa > Karusel / Təhsil > DİM: 5 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric edilib
DİM: 5 nəfərdə mobil telefon aşkarlandığı üçün qəbul imtahanından xaric edilib14-07-2021, 15:24. Yazar: Admin |
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. DİM-dən Qarabaqinfo.az-a verilən məlumata görə, imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İştirakçıların bədən hərarəti normaya uyğun olub. 5 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Geri dön |