Ana Sayfa > Karusel / Sosial > Şadlıq saraylarında toylarda xüsusi sanitar rejim tətbiq ediləcək

Şadlıq saraylarında toylarda xüsusi sanitar rejim tətbiq ediləcək


14-07-2021, 12:59. Yazar: Admin

 

Şadlıq saraylarında toylarda xüsusi sanitar rejim tətbiq ediləcək

Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunun tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edəcək.

Qarabaqinfo.az-nın məlumatına görə, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə xüsusi sanitar rejim tətbiq edilən sahələrin sayı artırılıb. Şənlik mərasimləri keçirilən obyektlər də bura əlavə edilib.


Geri dön