Ana Sayfa > Karusel / Region / İnfrastruktur > Şirvan, Hacıqabul və Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Şirvan, Hacıqabul və Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq


14-07-2021, 11:28. Yazar: Admin

Şirvan, Hacıqabul və Bakının üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq

Şirvan, Hacıqabul və Bakı şəhərinin üç rayonunda suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-dən Qarabaginfo.az-a verilən məlumata görə, Kür-Bakı magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərləri, Hacıqabul rayonun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.APA


Geri dön