Ana Sayfa > Karusel / Qarabağ > Laçın planı: Azərbaycan yaxın zamanda bu ərazilərə TAM NƏZARƏT edəcək
Laçın planı: Azərbaycan yaxın zamanda bu ərazilərə TAM NƏZARƏT edəcək13-07-2021, 19:51. Yazar: Admin |
Bir neçə gündür Laçın şəhərində, yeni dəhlizin çəkilməsi ilə bağlı məsələlərə siyasi ekspertlər müxtəlif fikirlər bildirirlər. Mahiyyət etibarı ilə sülhməramlıların nəzarətinə veriləcək yeni dəhlizdən sonra Laçın şəhərinə Azərbaycan tam nəzarət edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə politoloq Samir Hümbətov bildirib ki, Laçın dəhlizinə yol çəkilməsi yeni məsələ deyil. “Bildiyiniz kimi, 10 noyabr və 11 yanvar bəyannamələrində də göstərilib ki, 3il ərzində yeni yol çəkilib istifadəyə veriləcəkdir. Laçın dəhlizinin 5kilometrlik hissəsi Laçın şəhərinə yaxın bir ərazidən keçdiyi üçün, hələ ki, Laçın şəhərinə nəzarət Azərbaycanın əlində tam cəmləşə bilmir, çünki həmin əraziyə rus sülhməramlıları nəzarət edir. Ona görə də yeni yolun çəkilməsi məsələsi daha aktual olub. Azərbaycan tərəfi istəyir ki, daha qısa müddətdə bu yolu çəkib rus sülhməramlılarının ixtiyarına verməklə Laçın şəhərinə nəzarət edə bilsin”. Politoloq deyir ki, həmin ərazidə hələ də ermənilər yaşayır. Onların məskunlaşıb qalması, rus sülhməramlılarının olması ilə əlaqədardır. Samir Hümbətov hesab edir ki, ermənilər yeni yol çəkildikdən sonra artıq həmin ərazidən köçürüləcəkdir. (Mətbuat.az) Geri dön |