Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 133 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb

Azərbaycanda son sutkada 133 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb


13-07-2021, 16:54. Yazar: Admin

Azərbaycanda son sutkada 133 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb - <span class="red_color">VİDEO</span>


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb.


Geri dön