Ana Sayfa > Karusel / Səhiyyə > COVID-19 sertifikatları “myGov”a inteqrasiya olunub
COVID-19 sertifikatları “myGov”a inteqrasiya olunub13-07-2021, 14:35. Yazar: Admin |
COVID-19 sertifikatları “myGov.az” şəxsi kabinet əsaslı elektron hökumət portalına inteqrasiya olunub. Vətəndaşlar COVID-19 immunitet və COVID-19 vaksin sertifikatlarına “myGov” portalında “Məlumatlarım” bölməsində baxa bilərlər. Bununla yanaşı, şəxsi kabinetdə “Qurumlar üzrə” bölmədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə daxil olaraq müvafiq sertifikatlara baxmaq mümkündür. "ASAN xidmət"dən Qarabaginfo.az-a verilən məlumata görə, “myGov” şəxsi kabineti üzərindən vətəndaşlara COVID-19 testinin nəticəsi, habelə vurulan birinci və ikinci dozanın tarixləri haqqında da bildirişlərin göndərilməsinə başlanılıb. İmmunitet sertifikatı son 6 ay ərzində yoluxmuş şəxslərə verilir. Vaksin sertifikatı isə birinci və ikinci doza vaksini vuran vətəndaşlara təqdim olunur. Vaksin sertifikatında sənədin nömrəsi və verilmə tarixi, həmçinin vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), birinci doza, ikinci doza haqqında məlumatlar və QR kod öz əksini tapıb. İmmunitet sertifikatında isə sənədin nömrəsi və verilmə tarixi, vətəndaşın soyadı, adı, doğulduğu tarix, pasport nömrəsi, fərdi identifikasiya nömrəsi (FİN), testin adı, son pozitiv nəticənin tarixi, qüvvədə olma müddəti haqqında məlumatlar və QR kod yerləşdirilib. “myGov” mobil tətbiqini aşağıdaki linklərdən yükləmək mümkündür. "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540 Geri dön |