Ana Sayfa > Karusel / Dünya > Türkiyənin müdafiə naziri: “Əfqanıstanda baş verənləri yaxından izləyirik”
Türkiyənin müdafiə naziri: “Əfqanıstanda baş verənləri yaxından izləyirik”13-07-2021, 14:33. Yazar: Admin |
“Bizim qardaş Əfqanıstanla dərin tarixi və mədəni əlaqələrimiz var. Onların təhlükəsizliyi baxımından indiyə qədər nə lazımdırsa etmişik, bundan sonra da eyni şəkildə davam edəcəyik”. Qarabaginfo.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib. H. Akar Türkiyə ilə ABŞ arasında istər texniki heyətlər, istərsə də müdafiə nazirləri səviyyəsində aparılmış müzakirələri müsbət dəyərləndirib: “Çalışmalar davam edir. Əfqanıstana yardım etmək istəyən digər başqa ölkələr var, onlarla da əlaqədəyik. Həm əfqan qardaşlarımızla, həm NATO, Avropa İttifaqı və beynəlxalq ictimaiyyətlə prosesi davam etdirməyə çalışırıq”. Türkiyənin müdafiə naziri amerikalı həmkarı ilə bir sıra məsələlərdə razılığa gəldiklərini vurğulayıb: “Bildiyiniz kimi, Türkiyə Prezidenti amerikalı həmkarı Co Baydenlə görüşüb. Mən də amerikalı həmkarımla danışmışam. Bir çərçivə cızılıb və müəyyən edilmiş sahədə çalışmalar davam edir”. Onun sözlərinə görə, Türkiyə Əfqanıstanda bütün fəaliyyətlərini əfqan xalqının mənfəəti üçün yerinə yetirib: “20 ildir oradayıq. Döyüş əməliyyatlarında yer almadıq. Müşavirlik etdik, təmir-inşaat işlərini yerinə yetirdik. Həmid Kərzai Beynəlxalq Hava Limanını 6 ildir idarə edirik. Məqsədimiz əfqan qardaşlarımızın təhlükəsizlik və rifahına qatqılarımızı davam etdirməkdir. Hava limanının açıq olması, fəaliyyət göstərməsi lazımdır. Bunu bütün ölkələr deyir. Hava limanı işləməyəcəyi təqdirdə ölkələr oradakı diplomatik korpuslarını çıxarmaq məcburiyyətində qalacaq. Çünki etibarlı kommunikasiya olmadığı zaman orada qala bilməzlər. Belə bir vəziyyətdə Əfqanıstan təcrid edilmiş dövlətə çevriləcək, beynəlxalq münasibətlər baxımından çox ciddi sıxıntılar yaşayacaq. Hava limanı səmərəli şəkildə çalışmasa, təhsil, səhiyyə, ticarət üçün xaricə getmək istəyənlər nə edəcək? Biz bir dövlətdən bəhs edirik. Bu, əfqan qardaşlarımızın sabitliyi, rifahı və inkişafına da neqativ təsir göstərəcək”. “Taliban” hərəkatının Əfqanıstanda təsir dairəsinin getdikcə artmasına da münasibət bildirən Türkiyənin müdafiə naziri qeyd edib ki, Tacikistan, Özbəkistanın sərhəd təhlükəsizliyi daxil olmaqla, bütün vəziyyəti yaxından izləyirlər: “Türkiyəyə mümkün köç dalğasını nəzərdən keçiririk. Bütün ehtimalları dəyərləndiririk. Çox şükür, hazırda hər hansı sıxıntı yoxdur”. (Apa) Geri dön |