Ana Sayfa > Karusel / Hadisə > Şəkidə 16 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

Şəkidə 16 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır


13-07-2021, 11:53. Yazar: Admin

 

Şəkidə 16 yaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

Sosial şəbəkələrdə Şəkinin Kiçik Dəhnə kəndində 16 yaşlı qızın ərə verilməsi ilə bağlı videogörüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Qarabaqinfo.az-a bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.

Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb.

Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.

Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Apa-ya bildirilib ki, Komitə də faktla bağlı araşdırma aparır.


Geri dön