Ana Sayfa > Karusel / Sosial > Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək

Vətən Müharibəsi qəhrəmanlarına vergi güzəştləri tətbiq ediləcək


12-07-2021, 17:33. Yazar: Admin

 

Cəsur döyüşçü" medalı alan hərbçilərimizin siyahısı

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanunu təsdiq edib.

Qarabaginfo.az xəbər verir ki, Əməl Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Vətən Müharibəsi qəhrəmanlarına məzuniyyət 46 təqvim günündən az olmayaraq veriləcək.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılacaq.


Geri dön