Ana Sayfa > Karusel / Hadisə > AAYDA: Xətaidə kommunikasiya quyusu ilə bağlı problem aradan qaldırılıb

AAYDA: Xətaidə kommunikasiya quyusu ilə bağlı problem aradan qaldırılıb


12-07-2021, 16:23. Yazar: Admin

 

AAYDA: Xətaidə kommunikasiya quyusu ilə bağlı problem aradan qaldırılıb

Ötən gün gecə saatlarında sosial şəbəkələrdə Xətai rayonu, Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə kəsişən hissəsində yol kənarında olan kommunikasiya xəttinə aid quyunun baxış qapağının sınması ilə bağlı məlumat paylaşılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Qarabaginfo.az-a  verilən məlumata görə, sözügedən problemlə bağlı AAYDA-ya məlumat daxil olan kimi agentliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilərək problemin aradan qaldırılması üçün müvafiq addımlar atılıb.


Geri dön