Ana Sayfa > Karusel / Dünya > İsraildə də üçüncü doz vaksinə icazə verildi

İsraildə də üçüncü doz vaksinə icazə verildi


11-07-2021, 20:44. Yazar: Admin

 

İsrail rəsmiləri iki doz “Pfizer/BionTech” vaksini vurulan immuniteti zəif şəxslərin üçüncü doz peyvəndləmədən keçməsini təsdiqləyiblər.

Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun “Delta” ştammının sürətlə yayıldığı ölkədə gündəlik yoluxma sayı 450-yə çatıb.

Səhiyyə naziri Nitzan Horovitz bildirib ki, bu qərar təcili olaraq qüvvəyə minəcək:

“İki doz “Pfizer/BionTech” vaksini vurdurub, immuniteti aşağı olanlar üçüncü dozu da vurduracaq”.

Əhalinin qalan hissəsinin üçüncü doz vaksinasiydan keçib-keçməyəcəyi ilə bağlı açıqlama verilməyib. (Manset.az)

 

 


Geri dön