Ana Sayfa > Karusel / Qarabağ > Laçın şəhərindən yan keçəcək yeni “dəhliz” yolu çəkilməyə başlanıb - MÜJDƏ!.. - FOTOLAR

Laçın şəhərindən yan keçəcək yeni “dəhliz” yolu çəkilməyə başlanıb - MÜJDƏ!.. - FOTOLAR


10-07-2021, 23:13. Yazar: Admin
Laçın şəhərindən yan keçəcək yeni “dəhliz” yolu çəkilməyə başlanıb - MÜJDƏ!.. - FOTOLAR
Hazırda Rusiya sülhməramlı hərbi kontingentinin nəzarətində qalan Laçın şəhəri, eləcə də Zabux, Sus, Qarıkaha, Ağanus kəndlərindən yan ötəcək yeni “dəhliz” yolunun inşasına başlanılıb.
Qarabaginfo.az xəbər verir ki, bu haqda “Facebook” şəbəkəsindəki video-paylaşımında Laçın rayonu İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılov danışıb. O, bildirib ki, həmin yol Laçın rayonunun Qayğı qəsəbəsi ərazisindən çəkilir. Sabiq başçı yolun bu qəsəbədən keçən hissəsinin görüntülərini təqdim edib.   
 
Bu günlərdə Ramiz Cəbrayılov müvafiq qurumların icazəsi ilə Laçın rayonunun bir sıra kəndlərini, eləcə də Rusiya hərbçilərinin məsuliyyət zonasındakı Ağanus  kəndinin bir hissəsini ziyarət edə bilib, oradakı məşhur Turşsu bulağından su içib. 
Qeyd edək ki, sözügedən yeni “Laçın dəhlizi” yolunun Laçın-Şuşa yolunun yaxınlığındakı Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndləri- Qayğı qəsəbəsi- Həkəri çayı - Ermənistanın Kornidzor(Gorunzur) kəndi marşrutuyluyla  maksimum 3 il ərzində  çəkilməsi nəzərdə tutulub. 
 
Xatırladaq ki, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də Laçın rayonunun azad edilməsi ilə bağlı  xalqa müraciətində  söüzügedən yolun daha qısa müddətdə çəkilə biləcəyini vurğulayıb. 
Dövlət başçısının müraciətindən həmin sitatı nəzərinizə çatdırırıq: 
 
“İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - üç il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik” - deyə Prezident bildirib.
 
İlham Əliyev vurğulayıb ki, yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaq:
 
“Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə əhatə edəcəkdi”.
 
Laçın rayonu İcra Hakimiyyətinin sabiq başçısı Ramiz Cəbrayılovun Laçın ziyarəti ilə bağlı təəssüratları ilə onunla yaxın günlərdə təqdim edəcəyimiz geniş müsahibədə tanış ola bilərsiniz. (Moderator.az)
 

Geri dön