Ana Sayfa > Karusel / Multimedia > Erməni bloger Bakıda məhkəmə qarşısına çıxarılır

Erməni bloger Bakıda məhkəmə qarşısına çıxarılır


9-07-2021, 10:00. Yazar: Admin
Erməni bloger Bakıda məhkəmə qarşısına çıxarılır

Erməni bloqer Qevorq Sucyan Bakıda hakim qarşısına çıxarılır. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası baxacaq. Bu iş üzrə məhkəmənin hazırlıq iclası iyulun 14-də keçiriləcək.

Erməni bloger Bakıda məhkəmə qarşısına çıxarılır xəbər verir ki, Qarbaginfo.az Qarabaginfo.az xəbər verir ki, AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Sucyan dostu David Davtyanla birlikdə mühakimə olunacaq. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi ilə ittiham irəli sürülüb. Adları çəkilən şəxslər Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanın təhlükəsizliyi zərərinə məlumatları toplayıb onlara ötürmək cəhdində suçlanır.

Sucyan 2020-ci il noyabrın ilk günlərində Kəlbəcərdən – İstisudan dostu ilə birlikdə video çəkib, özünün Facebook səhifəsindən paylaşmışdı. Həmin videoda o, azərbaycanlıların ünvanına kəskin ifadələr səsləndirib.

"İndi İstisuda üzürük. Tezliklə Bakıya gəlib, Xəzərdə də üzəcəyik...", – Sucyan İstisudakı su hövzəsindən çəkdiyi videoda belə deyir.

Onun Facebook səhifəsindəki bu videonu 6000-dən çox adam paylaşmışdı.

Bundan az sonra – noyabrın 11-də isə erməni mənbələri Sucyanın dostu Davtyanla birlikdə yoxa çıxması, dörd gündür onlardan heç bir xəbər alınmaması haqda məlumat yaydı.

Rusiya vətəndaşı olan Sucyan "Yeni Ermənistan Vətən" diaspor təşkilatının da rəhbəridir.

Erməni tərəfi Sucyan və Davtyanın müharibə başa çatandan sonra münaqişə zonasına humanitar məqsədlə getdiyini və bu zaman əsir götürüldüyünü iddia edir.

"Sucyan müharibə vaxtı Qarabağdakı yerli əhaliyə humanitar yardım edirdi. Müharibədən sonra vəziyyətlə yerində tanış olmaq üçün ora gedib və Laçın-Şuşa yolunda əsir götürülüb", – Ermənistanın Ombudsman Aparatından belə deyilib.

Azərbaycan CM-nin 276-cı maddəsində casusluğa görə 10 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir deyil, terrorçu-diversant sayır. Amma onların bir qismi sonradan mina xəritələri qarşılığında azad olunub.

 


Geri dön