Ana Sayfa > Karusel / İdman > Stanislav Çerçesov Rusiya millisindən ayrılıb

Stanislav Çerçesov Rusiya millisindən ayrılıb


8-07-2021, 17:15. Yazar: Admin

Stanislav Çerçesov Rusiya millisindən ayrılıb


Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov vəzifəsindən ayrılıb.

Qarabaqinfo.az saytının məlumatına görə, bunu Rusiya Futbol İttifaqı açıqlayıb

Mütəxəssis AVRO-2020-dəki uğursuzluqdan sonra postundan ayrılıb. Onunla İttifaq arasında müqaviləyə qarşılıqlı razlıqla xitam verilib.

Bununla da 58 yaşlı mütəxəssisin yığma karyerası başa çatıb. 2016-cı ildən millinin “sükanı arxası”nda olan Çerçesov DÇ-2018-də komandasını 1/4 finala daşıyıb.

Qeyd edək ki, Rusiya millisi AVRO-2020-də B qrupunda keçirdiyi 3 oyunda 3 xal toplayaraq sonuncu yeri tutub.


Geri dön