Ana Sayfa > Karusel / Region > İranda ötən sutka koronavirusdan 136 nəfər ölüb

İranda ötən sutka koronavirusdan 136 nəfər ölüb


8-07-2021, 15:50. Yazar: Admin

 

İranda ötən sutka koronavirusdan 136 nəfər ölüb

İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 136 nəfər ölüb.

Qarabaqinfo.az-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 85 397 nəfərə yüksəlib. 

İranda ötən sutka ərzində 23 391nəfər koronavirusa yoluxub və infeksiyaya yoluxanların ümumi sayı 3 327 526 nəfərə çatıb.

Geri dön