Ana Sayfa > Karusel / İdman > Tokioda Olimpiada öncəsi fövqəladə vəziyyət elan olunub
Tokioda Olimpiada öncəsi fövqəladə vəziyyət elan olunub8-07-2021, 13:39. Yazar: Admin |
Tokio-2020 Yay Olimpiya Oyunlarının keçiriləcəyi Yaponiya paytaxtında fövqəladə vəziyyət elan olunub. Qarabaqinfo.az saytının məlumatına görə, bu barədə qərarı baş nazir Yesihide Suqa verib. Buna səbəb koronavirus pandemiyasıdır. Fövqəladə vəziyyət avqustun 22-dək davam edəcək. Bu gün Beynəlxalq Olimpiya Komitəsi, yarışın təşkilatçıları və şəhər rəhbərliyi tamaşaçıların buraxılması ilə bağlı qərar verməlidir. Yarışların tamamilə azarkeşsiz keçiriləcəyi ehtimal edilir. Qeyd edək ki, Olimpiada iyulun 23-dən avqustun 8-dək keçirilməlidir. Geri dön |