Ana Sayfa > Karusel / Sosial / Region > Rusiyada son sutka ərzində koronavirusdan 734 nəfər ölüb

Rusiyada son sutka ərzində koronavirusdan 734 nəfər ölüb


8-07-2021, 13:25. Yazar: Admin

Rusiyada son sutka ərzində koronavirusdan 734 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 24 818 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Qarabaqinfo.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 5 707 452 nəfərə çatıb.

Son sutka ərzində 734 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 140 775 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya və Fransadan sonra beşinci yerdə gəlir. APA


Geri dön