Ana Sayfa > Karusel / Sosial / Səhiyyə > Hande Harmancı: “Azərbaycanda vaksin sayı baxımından əskiklik olduğunu görmürük
Hande Harmancı: “Azərbaycanda vaksin sayı baxımından əskiklik olduğunu görmürük8-07-2021, 13:21. Yazar: Admin |
“Hazırda Azərbaycan COVAX-ın üzvüdür və ödəniş edərək COVAX vasitəsilə aldığı vaksinlər ölkəyə gətirilir”. Bunu Qarabaqinfo.az-a açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, çox sayda vaksin gəlib və bundan sonra da gəlməyə davam edəcək: “Azərbaycan ikitərəfli müqavilələrlə başqa ölkələrdən vaksin alıb. Hazırda Azərbaycanda vaksin sayı baxımından əskiklik olduğunu görmürük. Əksinə, daha çox insanın, xüsusən 65 yaşdan yuxarı şəxslərin vaksini tələb etməsi və mütləq qəbul etməsi çox önəmlidir”. H.Harmancı qeyd edib ki, hazırkı sınaqlarda vaksinlərin hamısının iki dozada maksimum təsirə çatdığı bilinir: “Yəqin ki, ölkələr buna əsaslanaraq qərar verəcəklər”. ÜST nümayəndəsinin sözlərinə görə, pandemiyanın əvvəlindən koronavirusa yoluxma halı uşaqlarda az rast gəlinib: “Uşaqlar arasında da ölənlər olub. Ona görə “bu xəstəlik uşaqlara təsir etmi” demək yanlışdır. Amma onların daha yaxşı qorunduğunu bilirik. “Delta ştammı”nın uşaqlarda hər hansı təsiri ilə bağlı bir məlumat yoxdur. Risk qrupları eynidir. Ən çox ölənlər 65 yaşdan yuxarı olan şəxslər və səhiyyə işçiləridir. Uşaqlarımızı qorumaq üçün özümüz peyvənd olunmalıyıq”.
Geri dön |