Ana Sayfa > Karusel / Səhiyyə > Səhiyyə nazirinin müavini: "Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaqları könüllü keçiriləcək
Səhiyyə nazirinin müavini: "Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaqları könüllü keçiriləcək8-07-2021, 11:54. Yazar: Admin |
“Azərbaycanda "TURKOVAC"ın 3-cü faza sınaq fəaliyyəti üçün Türkiyə tərəfindən protokol gözləyirik”. Bunu Qarabaqinfo.az-a səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Nazir müavini qeyd edib ki, sənədlər gəldikdən və protokol üzrə hazırlıq təmin edildikdən sonra sınaqlara başlanılacaq: “Sınaqlar könüllü şəkildə keçiriləcək”, - deyə V. Qasımov bildirib. Qeyd edək ki, Türkiyə istehsalı "TURKOVAC"ın 3-cü sınaq mərhələsi Macarıstan, Azərbaycan və Qırğızıstanda aparılacaq. Geri dön |