Ana Sayfa > Karusel / Dünya > Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub


7-07-2021, 23:05. Yazar: Admin

 

Türkiyə və ABŞ müdafiə nazirləri arasında telefon danışığı olub

 

Türkiyə müdafiə naziri Hulusi Akar və ABŞ müdafiə naziri Lloyd Ceyms Ostin arasında telefon danışığı olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müdafiə nazirləri Əfqanıstandakı Həmid Kərzai adına beynəlxalq hava limanının təhlükəsizliyi, eləcə də mühafizəsi ilə bağlı Türkiyə və ABŞ-ın texniki heyətləri arasında keçirilən müzakirələrdəki son vəziyyət barədə danışıblar.
Müdafiə nazirləri iyulun 8-də də telefon əlaqəsi saxlayaraq müzakirələri davam etdirmək barədə razılaşıblar.


Geri dön