Ana Sayfa > Karusel / Multimedia > Yeni televiziya kanalının açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb
Yeni televiziya kanalının açılması üçün müsabiqəyə sənəd qəbulu başa çatıb7-07-2021, 19:58. Yazar: Admin |
İyulun 7-də ixtisaslaşmış (təhsil və elmi-maarifləndirici) ümumrespublika televiziya kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci TV kanalı, HD yayım üçün 34-cü TV yayım kanalı) 7 iyun 2021-ci il tarixdən 07 iyul 2021-ci il tarixədək Milli Televiziya və Radio Şurasının elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb. Qarabaginfo.az xəbər verir ki, MTRŞ-dam APA-ya bildirilib ki, müsabiqə çərçivəsində 6 iddiaçı Şuraya sənədlərini təqdim edib. "APA Mark" MMC; "Təhsil TV" MMC; "Balans Studiyası" MMC; "İNS ÇM" MMC; "İsti Press" MMC "Medical Media" MMC "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir. Geri dön |