Ana Sayfa > Karusel / Region > “Paşinyanla Putinin görüşü öncəsi Tovuzda atəşkəsin pozulması təsadüfi deyil

“Paşinyanla Putinin görüşü öncəsi Tovuzda atəşkəsin pozulması təsadüfi deyil


7-07-2021, 19:55. Yazar: Admin
“Paşinyanla Putinin görüşü öncəsi Tovuzda atəşkəsin pozulması təsadüfi deyil”

"Paşinyanın Moskvada Putinlə görüşməsi ərəfəsində ermənilərin bu cür təxribatlara əl atması təsadüfi deyil”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, ermənilər müharibənin nəticələrindən dərs almayıblar: "Ermənilər bu cür təxribatdan əl çəkmirlər. Keçən il də məhz Tovuzda atəşkəsin pozulması sonradan müharibəyə səbəb oldu. Biz isə cavab olaraq işğal altında olan torpaqlarımızı azad etdik. Görünür onlar müharibənin nəticələrindən dərs almayıblar”.

Politoloqun fikrincə, Tovuzda atəşkəsin pozulmasına Ermənistandakı hakimiyyət boşluğu da səbəb ola bilər:

"Ermənistanda hakimiyyət boşluğu var. Qarabağ klanı hələ də aktivliyini qoruyur. Baxmayaraq ki, Paşinyan Parlament seçkilərində qələbə çaldı. Ola bilər ki, məqsədləri yenə də vəziyyəti gərginləşdirməkdir. Amma bu bizi narahat etməməlidir. Ermənilərin Ağdamda, Tovuzda təxribat törətmələri Paşinyanın Moskvada Putinlə görüşməsi ərəfəsində olması da təsadüfi deyil. Bizim vəzifəmiz təxribatlara cavab verməkdir. Əgər onlar Qarabağda da təxribat törədirlərsə, biz bunun haqqında da düşünməliyik və Qarabağdakı separatçıları tərk-silah etməliyik”./Azxəbər.com


Geri dön