Ana Sayfa > Karusel / Cəmiyyət > Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb

Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıb


7-07-2021, 19:51. Yazar: Admin

 

Azərbaycanda son sutkada 127 nəfər COVID-19-a yoluxub, 54 nəfər sağalıbAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

 


Geri dön