Ana Sayfa > Karusel / Multimedia > Saytlarda qeydə alınan əsas dil pozuntuları açıqlanıb
Saytlarda qeydə alınan əsas dil pozuntuları açıqlanıb7-07-2021, 16:12. Yazar: Admin |
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi tərəfindən saytların monitorinqi yekunlaşıb. Qarabaginfo.az xəbər verir ki, saytların monitorinqi ilə bağlı hesabata əsasən, qeydə alınmış 5500 dil faktından 3976-sı hesabata daxil edilib. Onlardan 1676-sı orfoqrafik (42%) , 488-i leksik (12%), 872-si qrammatik (22%), 940-ı isə üslubi (24%) səviyyədə pozulmanın göstəricisidir. Qeyd edək ki, monitorinq noyabr-fevral aylarında 60 sayt üzərində aparılıb. Geri dön |