Ana Sayfa > Karusel / Cəmiyyət > I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılıb

I sinfə qəbulla bağlı apellyasiya müraciətlərinə başlanılıb


7-07-2021, 11:45. Yazar: Admin

Təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr | Azərbaycan Respublikası Təhsil Nazirliyi

İyulun 5-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı müsabiqələrə start verilib. Müsabiqələr 15 iyul tarixinədək davam edəcək.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a bildirilib ki, övladının müsabiqə nəticəsindən narazı olan valideynlərin apellyasiya müraciətlərini təqdim etmələri üçün Təhsil Nazirliyi tərəfindən [email protected] elektron poçt ünvanı yaradılıb.

Valideynlər iyulun 8-dən 16-dək [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.


Geri dön