Türkiyənin 3 vilayətində COVID-19-un “Delta plus” ştammına yoluxma faktları qeydə alınıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verərək bildirib ki, 3 fərqli bölgədə yaşayan 3 nəfərdə “Delta plus” ştammı aşkarlanıb. Onun sözlərinə görə, yoluxma hallarından biri İstanbulda qeydə alınıb, yoluxan şəxslərin vəziyyəti yaxşıdır. "Delta" ştammına yoluxma sayı aşkarlanan vilayətlərin sayı 30-a çatıb. İndiyədək 284 nəfər bu ştamma yoluxub", - deyə nazir əlavə edib/
virtualaz.org