Ana Sayfa > Karusel / Region > Paşinyan Yerevan merinə sillə vurdu

Paşinyan Yerevan merinə sillə vurdu


6-07-2021, 14:04. Yazar: Admin

 

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan ötən bazar günü Yerevan meri Hayk Marutyanla dalaşıb. Virtualaz.org xəbər verir ki, bu haqda “İravnuk” yazır. Bildirilir ki, görüş zamanı Paşinyanla Marutyan arasında mübahisə düşüb, Paşinyan merə sillə vurub. Marutyan isə onun ünvanına söyüş söyüb.

 

“Yerevan meri və baş nazir arasında münasibətlər çoxdan gərgindir. Bu dəfə onların görüşünün məqsədi barışıq imkanlarını araşdırmaq idi, amma hansısa məqamda ehtiraslar qızışıb. İnsidentdən sonra Paşinyan Marutyana tezliklə istefaya getməsi üçün vaxt verib”,-məlumatda deyilir.

Xatırladaq ki, Ermənistanda seçki kampaniyası zamanı Paşinyanın Eçmiədzin meri Diana Qasparyana zəng vuraraq onun valideyinlərini söydüyü üzə çıxmışdı. Səbəb isə Paşinyanın Eçmiədzindəki seçki mitinqinə çox az adamın gəlməsi idi...


Geri dön