Ana Sayfa > Karusel / Hadisə > SOCAR: Xəzərdəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir
SOCAR: Xəzərdəki partlayışla bağlı ilkin ehtimal palçıq vulkanının püskürməsidir4-07-2021, 22:48. Yazar: Admin |
"SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir". Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-ya SOCAR-dan bildiriblər. Məlumatda əlavə olunub ki, "Ələt istiqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir". SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, partlayış "Ümid" yatağından 10-12 km aralıda olub. SOCAR-ın heç bir platformasında partlayış baş verməyib.
Geri dön |