Ana Sayfa > Karusel / Hadisə > AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib

AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib


4-07-2021, 09:12. Yazar: Admin

 

AZAL-ın təyyarəsi kondisionerdəki texniki nasazlıqla bağlı eniş edib

Saat 07:22-də Bakıdan Naxçıvana uçuş edən "Azərbaycan Hava Yolları"na məxsus "Airbus A319" təyyarəsinin kapitanı Bakı hava limanına qayıdaraq eniş etməyi xahiş edib.

"Azərbaycan Hava Yolları" QSC-dən Qarabaginfo.az-a verilən məlumata görə, təyyarənin plandankənar enməsinə texniki nasazlıq (kondisioner sistemində problem) səbəb olub.

Təyyarə Bakı vaxtı ilə saat 08:01-də Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurlu eniş edib.

Hava gəmisinin göyərtəsində 122 sərnişin olub. Onlar Naxçıvan şəhərinə digər təyyarə ilə göndəriləcək.


Geri dön