Ana Sayfa > Karusel / Gündəm > KTMT: Ermənistanın cənubunda yaranmış vəziyyət KTMT Nizamnaməsinin müddəalarına uyğun gəlmir

KTMT: Ermənistanın cənubunda yaranmış vəziyyət KTMT Nizamnaməsinin müddəalarına uyğun gəlmir


3-07-2021, 12:06. Yazar: Admin

 

2019/05/f880b-1558532520.jpg
  
"Ermənistanın cənubunda yaranmış vəziyyət KTMT-nin kollektiv müdafiə haqqında Nizamnaməsinin müddəalarına uyğun gəlmir və "sərhəd insidenti" hesab edilir".

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında KTMT Baş katibi Stanislav Zas deyib.

"Başa düşmək lazımdır ki, KTMT-nin potensialı yalnız aqressiya, hücum halında tətbiq olunur. Burada əslində sərhəd insidenti ilə işimiz var. Şükür Allaha, qurbanlar yoxdur, atışmalar yoxdur. Bu, sərhəd insidentidir, onu həll etmək lazımdır və biz tərəfdarıq ki, o, dinc yolla həll edilsin", - deyə o bildirib.

Zasın sözlərinə görə, münaqişənin ağırlaşması nəzərə çarpmır.
Ordu.az

Geri dön