Ana Sayfa > Karusel / Gündəm > Xocavənddə narkotik tərkibli bitkilər aşkarlandı

Xocavənddə narkotik tərkibli bitkilər aşkarlandı


3-07-2021, 11:08. Yazar: Admin

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbir zamanı rayonun Binə kəndi ərazisində çəkisi 836 kiloqram olan 2352 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

 


Geri dön