Ana Sayfa > Karusel / Dünya > Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı

Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı


2-07-2021, 21:28. Yazar: Admin

 

Lukaşenko Ukrayna ilə sərhədi bağlamağı tapşırdı
Aleksandr Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko sərhəd qoşunlarına Ukraynadan çox sayda silah gəldiyinə görə bu ölkə ilə sərhədi tamamilə bağlamağı tapşırıb.

Qarabaginfo.az xəbər verir ki, məlumatı “BelTA” yayıb.

A. Lukaşenko Müstəqillik günü münasibətilə təşkil edilən mərasimdə çıxışı zamanı bildirib:

“Ukraynadan Belarusa külli miqdarda silah daxil olur. Ona görə də, sərhəd qoşunlarına Ukrayna ilə sərhədi tam şəkildə bağlamağı tapşırmışam. Ölkədə Almaniya, Ukrayna, ABŞ, Polşa və Litvaya aidiyyatı olan terror hücrələri aşkar edilib”.(Report)


Geri dön