Ana Sayfa > Karusel / Mədəniyyət > Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb
Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanmasını Mehriban Əliyeva öz üzərinə götürüb2-07-2021, 11:49. Yazar: Admin |
Musa Yaqub
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb. Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqılamasında Xalq şairinin qızı Yaqut Yaqubova bildirib. “Bizə deyildi ki, heç nə etməyək, Mehriban xanım bu məsələni üzərinə götürüb. Artıq iş başlayıb”. Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə dünyasını dəyişib. O, kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb. Geri dön |